Xəzər Xəbər

Tarkanın İzmir konserti tamaşaçı sayı ilə rekord qırdı - dünya sıralamasında ilk beşlikdə

Şou Biznes | 14:05 • 22 Sentyabr 2022
Tarkanın İzmir konserti tamaşaçı sayı ilə rekord qırdı - dünya sıralamasında ilk beşlikdə

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin İzmir şəhərinin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü münasibəti ilə on minlərlə vətəndaş "Gündoğdu" meydanına meqastar Tarkanı dinləməyə toplanıb. 

XəzərXəbər xarici KİV-ə istinadən xəbər verir ki, açıq havada baş tutan konsert izləyici sayı ilə dünya sıralamasında ilk beşliyə daxil olub. 

Belə ki, konserti 2 milyon nəfər canlı olaraq "Gündoğdu" meydanında izləyib.

Qeyd edək ki, anşlaqla keçən sonuncu belə tədbir 1990-cı ildə Parisdə baş tutub. 

Xəbər lenti

Çox oxunanlar