Xəzər Xəbər

Türkiyəli aktrisanın toyu olacaq

Şou Biznes | 11:01 • 20 Fevral 2022
Türkiyəli aktrisanın toyu olacaq

Türkiyəli məşhur aktrisa Gökçe Bahadırın nikah tarixi bəlli olub.

Aktrisa musiqiçi sevgilisi Emir Ersoyla nikah masasına bu ay oturacaq.

Gözəllik salonundan çıxanda jurnalistlərlə qarşılaşan aktrisa onların suallarını cavablandırıb:

“Fevralın 25-də toyumuzdu. Hazırlıq görürük, çox həyəcanlıyıq. Bir yandan da iş var, təbii ki. Qaçaqaçdayam”.

Aktrisa xüsusi evlilik təklifi aldığını da təsdiqləyib:

“Bəli, hər şey ürəyimcə oldu. 14 fevralda çəkilişdə olanda bu, mənim üçün sürpriz oldu”.

Xəbər lenti