Xəzər Xəbər

Məşhur müğənni depressiyaya düşüb

O, mobil telefondan imtina edib
Şou Biznes | 22:13 • 28 Yanvar 2022
Məşhur müğənni depressiyaya düşüb

Britaniyalı müğənni Ed Şiran mobil telefondan imtina edib.

Xarici mətbuat yazır ki, müğənni depressiyaya düşdüyü üçün smartfondan imtina etdiyini bildirib.

Şiran qeyd edib ki, smartfona görə hər zaman pis əhvali-ruhiyyədə olub və ondan imtina etdikdən sonra həyatında hər şey düzəlib.

Sənətçi insanlarla əlaqəni kəsmədiyini, ancaq onlarla münasibəti məhdudlaşdırdığını söyləyib.

O, hazırda ünsiyyət üçün elektron poçtdan istifadə edir.

Xəbər lenti