Xəzər Xəbər

Onurla Handenin sevgisi bir ay belə çəkmədi

Şou Biznes | 15:53 • 28 Yanvar 2022
Onurla Handenin sevgisi bir ay belə çəkmədi

Türkiyəli aktyor Onur Tuna ilə həmkarı Hande Doğandəmir ayrılıb.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, münasibətlərini gizli saxlayan cütlüyün sevgisi bir ay belə çəkməyib. Onların hansı səbəbdən bu addımı atdığı açıqlanmayıb.

Xatırladaq ki, cütlük bir neçə həftə əvvəl instaqram paylaşımları ilə sevgili olduqlarını təsdiqləmişdi.

Qeyd edək ki, Onur hazırda "Mahkum", Hande isə "Annemizi saklarken" serialında baş rolları canlandırır.

Xəbər lenti