Xəzər Xəbər

Lalə Məmmədova keçmiş həyat yoldaşından danışdı

Şou Biznes | 15:11 • 12 Noyabr 2021
Lalə Məmmədova keçmiş həyat yoldaşından danışdı

“Ailəm xəyanətə görə dağılmayıb. Qızlarım ataları ilə qalmaq istəsə, hörmətlə yanaşaram: ananı ata, atanı ana əvəzləmir”.

XəzərXəbər xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Səhər mərkəzi” proqramında deyib.

Müğənni şəxsi həyatı və keçmiş həyat yoldaşı İlham Qafarov haqda sualları cavablandırıb:

“Övladlarımı da düşünürəm, efirə çıxıb ataları haqda danışmıram, qızlarımı yaralamaq istəmirəm... Təəssüf ki, qarşı tərəf bunu anlamır”.

L.Məmmədova “Ailənizin dağılmasında sizin payınız olmayıb?” sualına “Qadın istəyirsə, kişini yanında saxlayar. Yəqin ki, özüm istəməmişəm. Sevib ailə qurmadım, sadəcə, qarşılıqlı hörmət var idi”, - deyə cavab verib.

İfaçı bildirib ki, keçmiş ərinin birinci xanımı ilə münasibətləri yaxşıdır:

“İlk həyat yoldaşı ilə yaxınıq, danışırıq, görüşürük. Aliment məsələsində mənə dəstək olub. Keçmiş ərimin üçüncü həyat yoldaşı ilə isə münasibətim yoxdur, ondan xəbərsizəm”.

Qeyd edək ki, L.Məmmədova və İ.Qafarovdan qalmaqallı şəkildə ayrılıb. Cütlüyün bu nikahdan iki qız övladı var. Müğənni keçmiş ərini aliment vermədiyi üçün məhkəməyə vermişdi.

Xəbər lenti