Xəzər Xəbər

Başak Dizer hamiləlik xəbərlərini təkzib etdi

Şou Biznes | 17:38 • 12 İyun 2021
Başak Dizer hamiləlik xəbərlərini təkzib etdi

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı model Başak Dizer hamiləlik xəbərlərini təkzib edib.

Bununla bağlı model sosial şəbəkə hesabında məlumat paylaşıb.

Belə ki, Başak bir dostunun təbrik mesajına cavab verərək hamilə olmadığını irəli sürüb."Hamilə deyiləm. Hər il mütəmadi olaraq yayılan yalan xəbərlərdən biridir”, - deyə model qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl, Kıvanç Tatlıtuğun ata olacağı haqqında xəbərlər yayılmışdı.

Sfera.az

Xəbər lenti