Xəzər Xəbər

Cennifer Lopezin 20 il sonra sevgilisi ilə görüntüləri yayıldı

Şou Biznes | 14:15 • 15 İyun 2021
Cennifer Lopezin 20 il sonra sevgilisi ilə görüntüləri yayıldı

Məşhur müğənni Cennifer Lopez paparazzilərin obyektivinə tuş gəlib.

Bir müddət əvvəl nişanlısı Aleks Rodriqez ilə həyat yollarını ayıran müğənninin keçmiş sevgilisi Ben Affleklə səmimi görüntüləri lentə alınıb.

Cenniferin bacısını təbrik etmək üçün Malibuya yollanan cütlüyün öpüşərkən çəkilən videosu mətbuatda yayılıb.

Ben Affleklə Cennifer sonuncu dəfə 20 il əvvəl bir araya gəliblər. Daha sonra nişanlanan ikili müəyyən səbəblərdən ayrılıblar.

Qeyd edək ki, Lopezin ifaçı Mark Antoni ilə evliliyindən Maks və Emmi adlı qızları var.

Xəbər lenti

Çox oxunanlar