Xəzər Xəbər

Acun Hadisəni münsiflər heyətindən çıxardı - Yerinə onu gətirirlər

Şou Biznes | 15:41 • 25 May 2021
Acun Hadisəni münsiflər heyətindən çıxardı -  Yerinə onu gətirirlər

Son günlər adı azərbaycanlı iş adamı Rza Zərrabla sevgi münasibətlərində çəkilən türkiyəli müğənni Hadisə daha bir zərbə alıb.

İfaçıya bu dəfə "TV 8" kanalının sahibi Acun Ilıcalı "zərbə vurub".
 
Belə ki, "O səs Türkiyə”nin yeni sezonunda Ebru Gündəşi bir daha münsif etmək istəyən Ilıcalı Hadisənin yerinə müğənni Gülşəni çağırmaq fikrinə düşüb. Bildirilib ki, bununla bağlı iki tərəfin görüşü də baş tutub.
 
Qeyd edək ki, Hadisə uzun müddətdir "O səs Türkiyə”də münsif olub. İddialara görə, yeni sezonda Murad Boz, Ebru Gündəş, Bəyazit Öztürk və Gülşən münsif olacaq.
 
Xatırladaq ki, Ebru Gündəş 11 illik həyat toldaşı Rza Zərrabın Hadisə ilə münasibət yaşadığını iddia edərək ondan boşanıb./Sfera.az

Xəbər lenti

Çox oxunanlar