Xəzər Xəbər

Ölkənin ən bahalı üzüyü bu müğənnidədir - 21 milyona alıb

Şou Biznes | 15:52 • 25 May 2021
Ölkənin ən bahalı üzüyü bu müğənnidədir - 21 milyona alıb
Türkiyənin tanınmış sənətçisi Bülənt Ərsoy sərvəti ilə yenidən gündəmə gəlib.
 
İfaçı 5 ay əvvəl İsraildən 21 milyon türk lirəsinə (təqribən 4 milyon 240 manat) brilliant üzük alıb. İki mühafizəçinin müşayiəti ilə çatdırılan üzüyün daha sonra xüsusi bir bank kassasına qoyulduğu qeyd edilib.
 
Məlumata görə, üzük 3 ay müddətində dizayn edilib və 2011-ci ildə dünyasını dəyişən İngiltərə kraliçası Elizabet Taylorun sahib olduğu üzüklə eynidir.
Qeyd edək ki, bundan öncə, Türkiyədə ən bahalı üzüyə (15 milyon türk lirəsi) müğənni Sibel Canın sahib olduğu iddia edilirdi. İkinci yerdə isə, keçmiş əri Rza Zərrabın nikahda taxdığı 6 milyon lirəlik üzüklə Ebru Gündəş gəlirdi. /Sfera.az
 

Xəbər lenti