Xəzər Xəbər

“Yasak elma”dakı dəyişiklik bəyənilmədi

Şou Biznes | 18:13 • 23 Mart 2021
“Yasak elma”dakı dəyişiklik bəyənilmədi

Böyük tamaşaçı auditoriyasına malik "Yasak elma" serialının ötən gün yayımlanan bölümü tənqidlərə tuş gəlib.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, ekran işinin ssenarisinə edilən köklü dəyişiklik tamaşaçıları məyus edib.

Belə ki, serialda baş verən yanğın zamanı Yıldız komaya düşür və 5 il sonra ayılır. Bu 5 il müddətində isə ekran işindəki bütün obrazların həyat və yaşayış tərzi, o cümlədən xarakteri belə dəyişmiş olur.

Ssenaridə edilən gözlənilməz və arzuolunmaz dəyişiklik tamaşaçıların tənqidinə tuş gəlib. Onlar "Bu görüntüləri gördüyümə gözlərim kor olardı", "Serial deyil, yuxudur sanki..." , "Mənə görə artıq bu serial final edib"  kimi sözlər yazaraq bu dəyişikliyi bəyənmədiklərini bildiriblər.

Xəbər lenti