Xəzər Xəbər

Özünə 1 milyonluq toy edəcək

Serial çəkilişləri üçün İtaliyaya gedən aktyor Can Yaman yenidən medianın gündəmini zəbt edib.
Şou Biznes | 11:59 • 18 Fevral 2021
Özünə 1 milyonluq toy edəcək

Türkiyə KİV-i bildirir ki, bir neçə gün əvvəl sevgilisi Diletta Leottaya evlilik təklifi edən Canın sevgilisinə aldığı bahalı üzük  müzakirələrə səbəb olub. "Tiffany Co" markasına məxsus ziynət əşyasının qiyməti 28 min dollardır (47 min 600 manat).

Bu günə qədər Dilettaya bir çox sürprizlər edən Yamanın bunun üçün xeyli pul xərclədiyi bildirilib.

Cütlüyün qısa müddət ərzində nikah masasına əyləşəcəyi deyilir. Onların toy mərasimi İtaliyanın Sicilya adasında reallaşacaq. Dəbdəbəli toy Yamana 722 min dollara (1 milyon 228 min manat) başa gələcək./Axşam.az

Xəbər lenti