"Sen anlat Karadeniz” serialından sonra məşhurlaşan aktrisa İrem Helvacıoğlu 20 kq arıqlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, 30 yaşlı aktrisa yeniyetməlik dövründə həddən artıq kök olduğunu etiraf edib. O, bildirib ki, həmin dövrdə yaranan artıq çəkidən "pesketaryen” pəhrizi ilə 20 kilo arıqlamağa nail olub:
"6 ay ərzində pəhrizlə çəki atdım. Balıqdan başqa ət yemirəm. Atam fermer idi, heyvanlarla birlikdə böyüdüm. Sığalladığım heyvanları yeyə bilmirəm. Acanda su içib yatıram”.
"Pesketaryen” dəniz məhsullarının daxil olduğu pəhrizdir./publika.az