Türkiyəli müğənni Tan, İstanbul Baş Prokurorluğuna müraciət edib.
Müğənni ifadəsində "Üzünü saçları ilə gizlədən bir qadın illərdir ki, məni izləyir. Avtomobili ilə belə məni təqib edir, qorxuram. Ötən günlərdə dostlarımla əylənmək üçün şəhər kənarına getmişdik. O qadın bizi təqib edirdi. Qəfildən qarşımıza çıxıb bizi qorxutdu".
Prokurorluq sözügedən qadını müəyyənləşdirmək istiqamətində istintaqa başlayıb./publika.az