Xəzər Xəbər

Burak Özçivit “Diriliş Ərtoğrul”a çəkiləcəkmi?

Şou Biznes | 10:21 • 5 Oktyabr 2018
Burak Özçivit “Diriliş Ərtoğrul”a çəkiləcəkmi?

Burak Özçivitlə bağlı müəmmaya son qoyulub.

"Milliyət” qəzetinin yazarı Əli Eyyuboğlu tanınmış aktyor Burak Özçivitin "Diriliş Ərtoğrul” serialında rol alıb-almayacağı ilə bağlı müəmmaya son qoyub.

Yazar aktyorla serialı çəkən "Tekden Film” arasında razılıq əldə olunduğunu bildirib.

Razılığa əsasən B.Özçivit "Diriliş Ərtoğrul”dan sonra "Diriliş Osman Qazi” serialında baş rola çəkiləcək.

Qeyd edək ki, serialın formatının "Osman Qazi” üzərinə dəyişəcəyi iddia edilmişdi. Lakin, "Tekden Film”in sahibi Mehmet Bozdağ növbəti mövsümdə də serialın "Diriliş Ərtoğrul” formatı ilə davam edəcəyini açıqlamışdı.(qafqazinfo.az)

Xəbər lenti