Xəzər Xəbər

Məşhur cütlükdən ÜZÜCÜ xəbər: “Boşanırıq”

Şou Biznes | 11:42 • 18 Avqust 2017
Məşhur cütlükdən ÜZÜCÜ xəbər:
Merve Bouğurla Murad Dalkılıç boşandığını etiraf edib.

İki əvvəl Adilə Sultan villasında təmtəraqlı şəkildə ailə quran Murad Dalkılıçla Mərvə Boluğur boşanır. Uzun müddətdir ayrıldıqları iddia edilən ulduz cütlük bu yaxınlarda ədliyyəyə gedərək boşanmaq üçün ərizəsi yazıb.

Xatırladaq ki, ulduzlar bu yaxınlarda münasibətlərini düzəltmək üçün Bodruma tətilə gəlmişdi. Amma onların ailəsini xilas etmək cəhdləri uğursuzluqla nəticələnib.

Murad Dalkılıç instaqramda boşanması ilə bağlı bunları yazıb:

"İllərdir böyük eşq yaşadığım həyat yoldaşım Merve Boluğur ilə uzun zamandır nikahımızı xilas etməyə çalışdıq, təəssüf ki, alınmadı. Sevgi və hörmət çərçivəsində verdiyimiz bu qərara hər kəsin hörmətlə yanaşmasını xahiş edirik. Ayrılıq qərarımız hər ailədə yaşanan problemlərlə bağlıdır. Mənə yaşatdığı yüzlərlə xoşbəxt gün üçün ona təşəkkür edirəm"./publika.az

Xəbər lenti

Çox oxunanlar