Xəzər Xəbər

Göygöldə sel iki nəfərinə həyatına son qoyub

Region | 09:01 • 26 May 2023
Göygöldə sel iki nəfərinə həyatına son qoyub

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları başa çatıb.

Xezerxeber.az xəbər verır kı, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti