Xəzər Xəbər

Qəbələdə yol qəzasında xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağırdır

Region | 14:43 • 26 May 2023
Qəbələdə yol qəzasında xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağırdır

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Xəbər lenti