Xəzər Xəbər

Polis narkotacirlərə qarşı əməliyyat keçirdi VİDEO

Əməliyyat Cəlilabadda baş tutub
Region | 22:47 • 20 Mart 2023
Polis narkotacirlərə qarşı əməliyyat keçirdi

Onlayn yolla İran vətəndaşından əldə etdikləri külli miqdarda narkotik vasitəni Bakı şəhərinə gətirərək burada satışını təşkil etmək istəyən şəxslər Cəlilabadda saxlanılıb. Onlardan 12 kiloqramdan artıq narkotik vasitə və həblər aşkarlanıb.

Xezerxeber.az məlumat verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıb. Baxış zamanı Oktay Quliyevin əlindəki qara rəngli torbadan və Marif Quliyevin üzərindən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qatranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb.             

Cəlilabad polisinin keçirdiyi digər əməliyyatla isə rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etməkdə şübhəli bilinən Şəhriyar Əliyev saxlanılıb.

Onun yaşadığı evdən külli miqdarda müxtəlif növ güclü təsiredən xassəyə malik narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.

İranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini də tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, keçmiş məhkum Tural Mahmudov saxlanılıb. Onun üzərindən 1 kiloqram 300 qramdan artıq heroin, yaşadığı ünvandan isə 1 kiloqram 808 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:                

Xəbər lenti