Xəzər Xəbər

Talış kəndində məşğulluq, Ağdam, Füzuli və Xocavənddə isə bərpa işləri təmin edilir

Region | 16:36 • 20 Mart 2023
Talış kəndində məşğulluq, Ağdam, Füzuli və Xocavənddə isə bərpa işləri təmin edilir

İşğaldan azad edilən Talış kəndinə köçürülən sakinlərin məşğulluqları təmin olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Bu gün işğaldan azad olunduqdan sonra qısa müddətdə bərpa olunmuş Talış kəndindəyik və xalqımızın əziz bayramı olan Novruz bayramını qeyd edirik. Bu bayramın bizim üçün xüsusi önəmi var. Çünki, bura köçmüş 20 ailə uzun illərdən sonra ilk dəfə işğaldan azad olmuş kəndlərində bu bayramı qeyd edirlər. Bura köçürülən keçmiş məcburi köçkünlər üçün bu, ikiqat bayramdır. Fürsətdən istifadə edərək demək istəyirəm ki, dövlətimiz işğaldan azad edilən kəndlərimizə köçürülən sakinlər üçün bütün lazımi infrastruktur yaradıb. Burada yaşayan sakinlərin əmək fəaliyyətinin təmin olunması üçün hər bir şərait var. Sevindirici haldır ki, köçən sakinlər uzun illərin ayrılığına baxmayaraq, tez adaptasiya olunurlar. Onu da qeyd edim ki, sakinlərin məşğulluq imkanları xüsusilə diqqətdə saxlanılır. Məşğulluq imkanları araşdırılır, köçürülən insanlar iş yerləri ilə təmin olunublar. Burada kiçik sahibkarlıqla məşğul olan sakinlərimiz də var. Həmçinin, müxtəlif məşğulluq zərflər ilə də təmin olunan ailələrimiz var”, - xüsusi nümayəndə qeyd edib.

Emin Hüseynov həmçinin əlavə edib ki, Qarabağ iqtisadi rayonunun digər bölgələrində bərpa –quruculuq işləri davam edir. Bu ilin sonunda Füzuli şəhərində ilk yaşayış məhəlləsinin təhvil verilməsi nəzərdə tutulub. Eyni zamanda bu il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə bərpa işlərinə başlanacaqdır. Onların da 1 il və 1 il 6 ay ərzində yekunlaşması nəzərdə tutulub. 2024-cü ilin sonunadək həm bu kəndlərdə, həm də Ağdam şəhərində iki yaşayış məhəlləsinin istifadəyə verilməsi reallaşacaq. Bütün bunlar “Böyük qaydış” birinci dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu sahədə dövlət qurumları ilə əlaqəli və əməkdaşlıq çərçivəsində yüksək səviyyədə həyata keçiriləcək".

Xəbər lenti