Xəzər Xəbər

Beyləqanda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb FOTO

Region | 18:33 • 29 Yanvar 2023
Beyləqanda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Beyləqan rayonunda yol qəzası baş verib.

Xezerxeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024