Xəzər Xəbər

Sülhməramlıların növbəti iki avtomobili aksiya ərazisindən keçib

Region | 17:37 • 29 Yanvar 2023
Sülhməramlıların növbəti iki avtomobili aksiya ərazisindən keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xezerxeber.az xəbər verir ki, yanvarın 29-da Laçından Xankəndi istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Xəbər lenti