Xəzər Xəbər

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Region | 10:55 • 25 Yanvar 2023
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, ötən gün axşam saat 18 radələrində Ağcabədi rayon sakini Əhməd Həsənov "VAZ" markalı avtomobillə Beyləqan rayonunun Örənqala qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü Ə.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti