Xəzər Xəbər

Sülhməramlılara məxsus iki avtomobilin aksiya ərazisindən keçidi təmin edilib

Region | 11:23 • 25 Yanvar 2023
Sülhməramlılara məxsus iki avtomobilin aksiya ərazisindən keçidi təmin edilib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki təminat avtomobilin Xankəndi istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. 

Xəbər lenti