Xəzər Xəbər

Laçına gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb

Region | 16:28 • 24 Yanvar 2023
Laçına gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

Xezerxeber.az xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır. 

Xəbər lenti