Xəzər Xəbər

Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən keçib

Region | 15:38 • 24 Yanvar 2023
Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 44-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 10 avtomobilin Xankəndidən Laçın istiqamətinə doğru sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 31 maşınının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Xəbər lenti