Xəzər Xəbər

Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Region | 11:47 • 24 Yanvar 2023
Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 44-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 9 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər 12 avtomobilin, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Xəbər lenti