Xəzər Xəbər

İmişlidə məktəb yanır

Region | 16:37 • 5 Dekabr 2022
İmişlidə məktəb yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Xəbər lenti