Xəzər Xəbər

İsmayıllıda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb FOTO

Region | 14:41 • 5 Dekabr 2022
İsmayıllıda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb

İsmayıllıda mikroavtobus yoldan çıxaraq aşıb, 8 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45 -ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Yusibov Eltun Yaşar oğlunun idarə etdiyi sərnişin mikroavtobusu Şəki-Bakı marşrutu üzrə hərəkət edərkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Eltun Yusibov və 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti