Xəzər Xəbər

İmişlidə it və tülkü iki nəfərin ölümünə səbəb oldu FOTO

Faktla bağlı araşdırma aparılır
Region | 14:50 • 22 Noyabr 2022
İmişlidə it və tülkü iki nəfərin ölümünə səbəb oldu

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində sürücü və sərnişin ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saat 8 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan itlə tülkünü vurub və idarə etmədən çıxan avtomobil aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin - İmişli sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.