Xəzər Xəbər

Saatlıda narkotik alverçisi saxlanılıb

Region | 16:44 • 10 İyun 2021
Saatlıda narkotik alverçisi saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçiriblər.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-ın verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı şəhər sakini Fuad Nuriyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı yüksək təsiredici xassayə malik narkotik maddə - metamfetamin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə həmin şəxsin evinə baxış keçirilən zaman oradan 3 qrama yaxın metamfetamin və 80 qram marixuana, eləcə də onun şəhər ərazisində yerləşən köhnə tikililərin birində gizlətdiyi çəkisi 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində Saatlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti