Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Füzulidə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib

Region | 303 | 14:49 • 3 Mart 2021
Füzulidə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan,  19 mindən çox  müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
92 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021