Xəzər Xəbər

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub

Region | 17:17 • 19 Mart 2020
Lənkəranda ölümlə nəticələnən yol qəzası olub

Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, martın 18-də saat 21 radələrində şəhər ərazisində Göyşaban kənd sakini E.Səfərli idarə etdiyi "VAZ-21703” markalı avtomobili yol ayırıcısına vurub və aşaraq yolun kənarında dayanıb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sərnişini Hidayət İbrahimov orada ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti