Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.
"Azəriqaz" İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.
Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.