Xəzər Xəbər

Lənkəranda zəncirvarı yol qəzası - 4 yaralı var - FOTO

Region | 16:47 • 16 Aprel 2019
Lənkəranda zəncirvarı yol qəzası -

Aprelin 16-da Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində baş verən zəncirvarı yol qəzasında dörd nəfər yaralanıb.


Yolda bir istiqamətdə hərəkətdə olan üç yedəkli motosiklet toqquşub. Qarşıdan gələn Qumru Həsənovun idarə etdiyi "Vaz 2107” markalı avtomobil də zəncirvari qəzaya uğrayıb.


Yol-nəqliyat hadisəsi zamanı yedəkli motosiklləri idarə edənlər - Masallı rayonunun Köçəkli kənd sakinləri 25 yaşlı Fərəc Rəhimli, 24 yaşlı Cahangir Bəhlulov və Hüseyn Mirəzizov, eləcə də sərnişin 17 yaşlı Söhbət Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Qəza baş verən ərazidən keçən qaz xətlərinə də ziyan dəyib.


Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti