Xəzər Xəbər

Quba sakininin 200-dən çox meyvə ağacı naməlum şəxslər tərəfindən kəsilib - FOTO

Region | 16:38 • 15 Aprel 2019
Quba sakininin 200-dən çox meyvə ağacı naməlum şəxslər tərəfindən kəsilib -

Qubada naməlum şəxs və ya şəxslər 200-dən çox meyvə ağacını kəsib. Hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. Kənd sakini Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək məhv edilib.


Hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağda işləyib evə gedən təsərrüfatçı səhər gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub.

Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib.


Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub. (ONA)

Xəbər lenti

Çox oxunanlar