Xəzər Xəbər

Ağcabədidə 57 iydə ağacının kəsilməsi ilə bağlı sənədlər prokurorluğa göndərilib

Region | 17:28 • 11 İyun 2018
Ağcabədidə 57 iydə ağacının kəsilməsi ilə bağlı sənədlər prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.


Deparamentdən xezerxeber.az-a verilən xəbərə görə, reyd zamanı Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində diametri 4-16 santimetr olan yaşköküstə 57 iydə ağacının kəsildiyi aşkarlanıb.


Araşdırma zamanı ağacların Ağcabədi rayon sakini Namiq Xanalıyev tərəfindən kəsildiyi və təbiətə 6590 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.


Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti