Xəzər Xəbər

Bundan sonra dedi-qodu başlayacaq

Mədəniyyət | 10:24 • 10 İyun 2015
Bundan sonra dedi-qodu başlayacaq

Bir ingilis alim uzun araşdırmalardan sonra insan övladının heç cür imtina edə bilmədiyi dedi-qodu vərdişinin sağlamlığa xeyir olduğu nəticəsinə gəlib.

Oksford Universitetində təkamül psixologiyası sahəsində çalışan professor Robin Dunbar dedi-qodunun insanı həyatı üçün ən önəmli şey olduğu qənaətindədir.

 İngilis “Teleqraf” qəzetinə açıqlama verən alim sosial şəbəkələrin insanların xoşbəxtlikləri və səhhəti üzərində ciddi təsiri olduğunu söyləyib: “Problem sosial şəbəkələrdəki hesablarımızı necə idarə edəcəyimizə bağlıdır.

Dedi-qodu edərkən insanlarla söhbət edir, içində yaşadığımız sosial dünya ilə mütəmadi təmasda oluruq. Dolayısı ilə dedi-qodu bizi insan edir. Ayrıca demək istəyirəm ki, dedi-qodu XVIII əsrə qədər mənfi xüsusiyyət sayılmırdı”.

Xəbər lenti