Xəzər Xəbər

Xalq artisti Aftandil İsrafilov vəfat edib

Mədəniyyət | 11:20 • 29 Aprel 2023
Xalq artisti Aftandil İsrafilov vəfat edib

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.

O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.

O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Xəbər lenti