Xəzər Xəbər

Nazir: Azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrimizin 95 faizi dağıdılıb

Mədəniyyət | 12:23 • 12 Dekabr 2021
Nazir: Azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrimizin 95 faizi dağıdılıb

İşğaldan azad olunan ərazilərimizdə ötən ilin noyabr ayından etibarən tərəfimizdən 400-dən çox tarixi-mədəni abidə aşkar edilib. Onlardan 150-i reyestrdə olmayan, yeni aşkar edilmiş abidələrdir. Eyni zamanda, monitorinqlər zamanı 800-dən çox musiqi məktəbi, teatr, kitabxana və digər mədəniyyət müəssisələrinin qalıqları aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə verdiyi açıqlamada deyib.

“Monitorinqlərin nəticələri göstərir ki, azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrimizin 95 faizi dağıdılıb. Monitorinqlər hələ davam edir, çünki elə ərazilər var ki, relyef baxımından, yaxud da minalara görə bizim mütəxəssislər ora gedib çıxa bilməyiblər. Müvafiq işlər davam etdirilir və təsnifatlandırıldıqdan sonra nəticələri beynəlxalq qurumlara göndərib, Ermənistanı beynəlxalq məsuliyyətə cəlb edəcəyik”, - deyə Anar Kərimov qeyd edib.

Xəbər lenti