Xəzər Xəbər

Xalq artisti Amaliya Pənahovanın barelyefi qoyulub

Mədəniyyət | 18:07 • 2 Avqust 2021
Xalq artisti Amaliya Pənahovanın barelyefi qoyulub

Avqustun 2-də görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmirov küçəsi 1) fasadında barelyefinin açılış mərasimi keçirilib.

Bu barədə xezerxeber.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Rasim Balayev və aktrisanın digər həmkarları iştirak edib.

Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.

Xəbər lenti