Xəzər Xəbər

Pinqvinə general-mayor rütbəsi verildi FOTO

Maraqlı | 19:06 • 23 Avqust 2023
Pinqvinə general-mayor rütbəsi verildi

General-mayor ser III Nils Ulaf dünyada və hətta ola bilsin ki, bütün kainatda ən yüksək mövqe tutan pinqvin olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Edinburq zooparkında yaşayan, dünyaca məşhur olan kral pinqvini, Norveç qvardiyasının talismanı ser III Nils Ulafa Norveç Kral qvardiyasının general-mayoru rütbəsi verilib.

Bu münasibətlə 160-a yaxın uniformalı hərbçi təntənəli mərasimdə iştirak etmək və kral pinqvinə layiqli münasibət bildirmək üçün Şotlandiya zooparkını ziyarət ediblər.

1961-ci ildə Norveç Kral qvardiyası Edinburqda hərbi orkestrlər paradında olub, burada nümunəvi çıxışlarda iştirak edib. Edinburq zooparkındakı pinqvinlər koloniyası leytenant Nils Eqeliyendə maraq doğurub. Zabitə elə gəlib ki, onun bölməsinin yürüşü təəccüblü şəkildə qara və ağ quşun yerişinə bənzəyir.

Qvardiyaçılar 1972-ci ildə yenidən Edinburqa qayıdanda leytenantın fəal köməyi ilə pinqvinlərdən biri “alayın oğlu”na çevrilib. Ona Nils Ulaf adı (Norveç kralı V Ulafın şərəfinə) verilib.

Nils Ulafa yefreytor rütbəsi verilib. Kral qvardiyasının Edinburqdakı hərbi orkestrlər paradına hər səfərində onun rütbəsi artırılıb.

Bundan başqa, mərasim qoşunları hər il ona balıq və milad açıqcaları göndərirdi.

Çox düşünülmüş şəkildə təşkil olunan paraddan sonra ser Nils Ulaf xüsusi mərasimdə yeni fərqlənmə nişanları ilə təltif edilib.

“Mən general-mayor rütbəsinin verilməsi münasibəti ilə III Nils Ulafı təbrik etməkdən çox məmnunam", - deyə Edinburq Kral hərbi orkestrlər paradının baş əməliyyat direktoru Ceyson Barret, Norveç Əlahəzrət Kral qvardiyasının nümayiş etdirdiyi “zəngin tarix, ləyaqət və ənənələri” yüksək qiymətləndirərək bildirib.

1972-ci ildə onun sələfi - talisman, 1982-ci ildə - kapral, 1987-ci ildə isə - serjant olub. Lakin bu rütbəni aldıqdan qısa müddət sonra Nils Ulaf ölüb və onun yerini əvvəlcə alay serjantı, sonra fəxri alay serjantı, 2005-ci ildə isə fəxri komandir rütbələrini alan II Nils Ulaf tutdu.

2008-ci ildə III Nils Ulaf Norveç Kralı V Haraldın şəxsi təsdiqi ilə Nils Olaf artıq cəngavər, 2016-cı ildə isə briqada generalı olub.

"Yaxşı davranışı və Edinburq zooparkının pinqvinlərinin qalan hissəsi üçün əla nümunə olduğu üçün onun bu ilin avqust ayında rütbədə yəksəlməsi qvardiyanın talismanı karyerasında mühüm bir mərhələdir", - deyə Norveç kralı Əlahəzrət qvardiyasının orkestri və zərbəçi qrupundan olan baş serjant Fredrik Qresset qeyd edib.

İlk kral pinqvini 1913-cü ildə Edinburq zooparkının açılışı zamanı zooparka norveçli gəmiçilik maqnat tərəfindən hədiyyə edilib.

Şotlandiya Kral Zooloji Cəmiyyətinin icraçı direktoru Devid Fild keçirilmiş mərasimi “Şotlandiya və Norveç arasında davam edən sıx əməkdaşlığın çox qürurlu anı və əksi” adlandırıb.

Zabit Nils Eqeliyen 2020-ci il dekabr ayının 11-də 87 yaşında vəfat edib.

Xəbər lenti