Xəzər Xəbər

ÜST: Simptomsuz xəstələr 2 həftə başqalarını yoluxdurur

Maraqlı | 13:20 • 29 Noyabr 2020
ÜST:

Dünya Səhiyyə Təşkilatının məlumatına görə 23 % yoluxanlar xəstəliyi simptomsuz keçirir.


XəzərXəbər xəbər verir ki, ÜST-ün Avropa bürosunun əməkdaşı Oleq Storojenko simptomsuz xəstələrin yoluxmada rolunu açıqlayıb.


Virusun bir insandan digərinə keçmə dövrü 1-2 həftədir.


Bu müddət ərzində istənilən yoluxan ərtafdakılar üçün təhlükəlidir.


Orta və ağır xəstələrdən virus 3-4 həftə ətrafa keçə bilər.


Reanimasiyaya düşən xəstələrdə bu dövr daha uzundur.


Simptomsuz xəstələr isə ən azı 2 həftə ətrafa virusu yaya bilir. Bu qrupa xüsusən uşaqlar daxildir.


Çox maraqlı məqamlar qaçqın düşərgələri ilə bağlıdır. Biz orda ciddi yoluxma və ağırlaşmalar görmürük. Orda insanların çoxu gənclərdir. /medicina.az

Xəbər lenti