Xəzər Xəbər

Koronavirusun simptomlarının siyahısı genişləndi: bu gündən etibarən...

Maraqlı | 15:56 • 18 May 2020
Koronavirusun simptomlarının siyahısı genişləndi:

Böyük Britaniyada koronavirusun simptomlarının siyahısı genişləndirilib.

Səhiyyə Nazirliyi dad və iybilmə qabiliyyətinin itirilməsini koronavirus simptomu kimi müəyyən edib və siyahıya əlavə edilib.

Beləliklə, bu gündən etibarən kəskin öskürək, qızdırma və ya dadbilmə, iybilmə qabiliyyətinin itirilməsi problemlərini yaşayan hər kəs özünü təcrid etməlidir.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstələrində qızdırma, öskürək və yorğunluqla yanaşı, boğaz ağrısı, ishal, gözlərdə qızartı, baş ağrısı, iy və dadbilmə qabiliyyətinin itməsi, dərinin pullaşması, əl və ya ayaq barmaqlarında rəng dəyişikliyi kimi simptomların ola biləcəyini açıqlayıb./publika.az

Xəbər lenti

Çox oxunanlar