Xəzər Xəbər

Hitlerin alt paltarı satışa çıxarıldı 5 min dollara satılacaq - FOTOLAR

Maraqlı | 13:05 • 13 Sentyabr 2017
Hitlerin alt paltarı satışa çıxarıldı

Yəhudi soyqırımını həyata keçirən, milyonlarla insanın qətlinin səbəbkarı nasional sosializm (nasizm) ideyasının yaradıcısı və bəzilərinə görə tarixin ən qanlı Alman diktatoru Adolf Hitlerin şəxsi əşyaları hərraca çıxarılacaq.

Adolf Hitlerin alt paltarlarından əlyazmalarına qədər bəzi şəxsi əşyaları ABŞ-ın Maryland bölgəsindəki Aleksandr Tarixi Hərrac muzeyində satışa çıxarılacaq.

Hitlerin 1938-ci ildə qaldığı Parkhotel Grazda unutduğu alt paltarının hərracda 4000 ilə 5000 dolar arasında sahibini tapacağı gözlənilir.

Hotelin sahibi olan Avstraliyalı ailənin davamçısı ona atasından miras qalan Hitlerin alt paltarını satmaq qərarına gəldiyini açıqlayıb.

Satılacaq məhsullar arasında Hitlerin yaş imza ilə yazılan manifesti də var. Kitabın bu nüsxəsinin 20.000 dollara alıcısını tapacağı gözlənilir.

Bir ABŞ əsgərinin Hitlerin Bavyeradakı evindən aldığı dünya xəritəsi də hərraca çıxarılıb. Bu əşyanın 100.000 dolara alıcısını tapacağı gözlənilir.

Satışa çıxarılacaq digər əşyalar arasında Adolf Hitlerin adının baş hərflərinin yazıldığı köynəyi, kokteyl stəkanları və Hitlerin sevgilisi Eva Braunun çətiri də var.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar