Xəzər Xəbər

Macarıstan şirkəti Şahdəniz layihəsində AÇIQLAMA

İqtisadiyyat | 14:00 • 5 İyun 2024
Macarıstan şirkəti Şahdəniz layihəsində

Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial var.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib:

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsində önəmli artım var, amma bunun artırılması üçün potelsial var. Danışıqlar zamanı biz hansı istiqamət üzrə əməkdaşlığın artırıla biləcəyini müzakirə etdik", - nazir deyib.

Uzunmüddətli əməkdaşlıq barədə danışan XİN rəhbəri xatırladıb ki, Macarıstanın ən böyük enerji şirkəti olan MOL Azəri-Çıraq-Günəşli layihəsində 9,57%, Bakı-Tbilisi-Ceyhan layihəsində 8,9% paya malikdir.

Nazir xatırladıb ki, Cənubi Qaz Dəhlizi layihəsinin bitməsi ilə Azərbaycan qazı Avropaya bazarına çıxması ilə Macarıstanla danışıqlara başlanıldı və sevindirici hal odur ki, fiziki olaraq Azərbaycan qazı artıq Macarıstana çatır:

"Eyni zamanda biz Macarıstanla birlikdə Həmrəylik həlqəsi deyilən, Avropanın bir çox ölkələrini əhatə edən, daxili boru xətlərinin vahid sistemini yaradan layihədə birlikdə iştirak edirik. Hesab edirik ki, həmin layihənin reallaşması Azərbaycan qazının bir sıra Avropa ölkələrinə daha rahat çatmasına şərait yaradacaq", - C.Bayramov deyib.

XİN rəhbəri vurğulayıb ki, ən son xəbər ondan ibarətdir ki, Macarıstan şirkəti Azərbaycanın ən böyük qaz layihəsi olan Şahdəniz yatağında da iştirakçı qismində olacaq.

Rubrikanın digər xəbərləri

"Naxçıvan Bank" BOKT-a
"Naxçıvan Bank" BOKT-a ÇEVRİLİR
11:52 • 20 İyun 2024
Azərbaycan neftinin qiyməti 88 dollara
Azərbaycan neftinin qiyməti 88 dollara ÇATDI
09:20 • 20 İyun 2024
Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024

Xəbər lenti