Xəzər Xəbər

Şərqi Zəngəzurda daha iki günəş stansiyasının təməli qoyulacaq

İqtisadiyyat | 10:53 • 5 İyun 2024
Şərqi Zəngəzurda daha iki günəş stansiyasının təməli qoyulacaq

2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində biz 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırırıq ki, bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, BP və “Nobel Energy” ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur.

“240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının "vitrin" layihəsi olacaq.

“Şəfəq” layihəsinin bərpaolunan enerjisi Səngəçalda dünyanın ən böyük neft və qaz terminallarından birini elektrikləşdirəcək. Həmçinin bu ilin aprel ayında biz 100 meqavat gücündə günəş stansiyası üzrə ilk bərpaolunan hərrac elan etdik və hərracın nəticələri COP29 zamanı açıqlanacaq”,- deyə nazir əlavə edib.

Pərviz Şahbazov vurğulayıb ki, bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğun atılan addımlardır.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti