Xəzər Xəbər

Büdcə gəlirləri artırılır

İqtisadiyyat | 13:00 • 27 May 2024
Büdcə gəlirləri artırılır

Büdcə gəlirləri neft sektoru üzrə gəlirlər 3,5 faiz, qeyri-neft sektoru üzrə isə 9,3 faiz artırılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3,5 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır. Qeyri-neft sektoru üzrə gəlirlər isə təsdiq olunmuş göstəricilərlə müqayisədə 1 milyard 575 milyon manat və ya 9,3 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 1 milyard 504 milyon manat (8,8 faiz) çoxdur.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024