Xəzər Xəbər

Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər açıqlandı

İqtisadiyyat | 12:20 • 27 May 2024
Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər açıqlandı

“Böyük Qayıdışa dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, bir sıra yeni infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi ilə bağlı çıxışında deyib.

Maliyyə naziri bildirib ki, cari ildə inflyasiya tempi azalıb və orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşıb.

“Sənədə əsasən, cari ilin ilk dörd ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb”, - deyə nazir əlavə edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti