Xəzər Xəbər

İlon Mask 100 milyard dollardan çox pul itirib

İqtisadiyyat | 13:12 • 22 Noyabr 2022
İlon Mask 100 milyard dollardan çox pul itirib

Dünyanın ən varlı insanı olan sahibkar İlon Mask 2022-ci ildə 100 milyard dollardan çox pul itirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, İlon Maskın varidatı bütövlükdə 100,5 milyard dollar azalıb. Bununla belə, o, yenə də planetin ən varlı insanı olaraq qalır və 169,8 milyard dollar sərvətə sahibdir.

Agentlik qeyd edir ki, təkcə bazar ertəsi günü Maska məxsus elektrik avtomobil istehsalçısı olan "Tesla" kompaniyasının səhmlərinin iki ilin ən aşağı səviyyəsinə düşməsi nəticəsində sahibkar 8,6 milyard dollar itirib.

Xəbər lenti