Xəzər Xəbər

Dövlət Xidməti iki şirkət barədə iş qaldırıb

İqtisadiyyat | 10:09 • 22 Noyabr 2022
Dövlət Xidməti iki şirkət barədə iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” və “Bakı Qida və Yağ Fabriki” MMC-lər barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində aparılır.

Xəbər lenti